Həndbol üzrə Azərbaycan çempionatında üç oyun keçirilib
Həndbol üzrə Azərbaycan çempionatında üç oyun keçirilib.

Qadınlar arasında iki, kişi həndbolçuların yarışında isə bir matç oynanılıb. Qadınların mübarizəsində “Azərsu” “İdman Akademiyası”ndan 38:13, “Qarabağ” “Gənclər Birliyi”ndən 36:19, kişi həndbolçuların yarışında isə “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərindən 43:31 hesabı ilə üstün olub.

AZƏRTAC

Xəbər 981 dəfə oxundu.