“Qalatasaray”ın prezidenti Azərbaycan futboluna yuxarıdan aşağı baxdığını göstərib
Türkiyə futbolunda baş verən xoşagəlməz hadisələr “Qalatasaray” rəhbərliyini ciddi narahat edir. İstanbul təmsilçisinin prezidenti Ünal Aysal oyun alqı-satqısı üzündən Türkiyəyə verilə biləcək cəzadan qorxur.

O, cəzanın nəticələrinin dəhşətli olacağından çəkindiyini açıqlamaqla yanaşı, Azərbaycan futboluna yuxarıdan aşağı baxdığını göstərib: “Avropaya buraxılmasaq, bu Türkiyə futboluna böyük zərbə vuracaq. Avrokuboklarda 5 il oynamamaq Azərbaycandan da aşağı düşmək anlamına gəlir. Bu, klubumuza 200 milyon avro ziyan vuracaq”.

Qeyd edək ki, Aysal avrokuboklardan kənar qalacaqları dəqiqləşəcəyi halda, bu ilin mayında istefa verəcəyini də açıqlamışdı.


Xəbər 1057 dəfə oxundu.