Futzal üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək
Futzal üzrə Azərbaycan milli komandası dekabrın 2-7-də İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

Turnirdə Azərbaycan yığma komandası ilə yanaşı, İran, Qazaxıstan və Rusiya milliləri də mübarizə aparacaqlar.

Turnir çərçivəsində millimiz dekabrın 3-də İran, ertəsi gün Rusiya, dekabrın 6-da isə Qazaxıstan yığması ilə qarşılaşacaq.

Xəbər 547 dəfə oxundu.