Gürcüstan millisinin baş məşqçisi ilə müqavilə yenilənib
Futbol üzrə Gürcüstan millisinin baş məşqçisi Vladimir Vayssla müqavilə yenilənib.

Slovakiyalı mütəxəssislə ikiillik müqavilə imzalanıb.

Əlli üç yaşlı mütəxəssis 2016-cı ilin yanvarından Gürcüstan millisini çalışdırır.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin “D” qrupunda mübarizə aparan Gürcüstan millisi 5 xalla beşinci olub və “Rusiya-2018”ə vəsiqə qazana bilməyib.

Xəbər 583 dəfə oxundu.