Dünya futbolunun ulduzları Rusiyada keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim ediblər
Dünya futbolunun ulduzları gələn il Rusiyada keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim ediblər.

Moskvada təşkil olunan mötəbər tədbirdə “Barselona” və Argentina millisinin hücumçusu Lionel Messi, “Real Madrid”in baş məşqçisi Zinəddin Zidan, “Milan” və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Kaka, “Yuventus” və İtaliya yığmasının keçmiş forvardı Alessandro Del Piero, “Real Madrid” və İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso iştirak ediblər.

Almaniyanın “Adidas” şirkəti tərəfindən hazırlanan top “Telstar 18” adlandırılıb.

Qeyd edək ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Volqoqrad, Rostov-na-Donu, Samara, Kalininqrad, Nijni Novqorod, Saransk və Soçidə keçiriləcək. Turnirin qrup mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.

Xəbər 557 dəfə oxundu.