Həlledici oyun üçün polşalı
Qadın voleybolçular arasında “Çelenc Cup”ın final mərhələsinin cavab oyununu idarə edəcək hakimlər məlum olub. Avropa Voleybol Konfederasiyası Azərbaycan duelinə – “Lokomotiv” – “Bakı” matçına polşalı Katarzina Sokolu baş hakim təyin edib. Aprelin 1-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq qarşılaşmada Yevgeni Makşanov ikinci referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk matçda “Lokomotiv” 3:2 hesabı ilə qalib gəlib.

Xəbər 887 dəfə oxundu.