"Lokomotiv"-"Apoel" voleybol oyununun hakimləri müəyyənləşib
Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” klubunun “Çelenc Cup” turnirindəki ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 21-də Kiprin "Apoel" komandasını qəbul edəcək Bakı təmsilçisi avrokuboklarda debüt matçını keçirəcək.

Görüşün baş hakimi gürcüstanlı Stefan Takayçvili olacaq. Ona serbiyalı Yovan Yovanoviç kömək edəcək.

İlk görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Kiprdə oynanılacaq.

Xəbər 1031 dəfə oxundu.