“Neftçi İdman Klubu”nun güləşçiləri paytaxt çempionatında altı medal qazanıblar
Hövsan Olimpiya İdman Kompleksində yunan-Roma güləşçilərinin paytaxt çempionatına yekun vurulub.

Yarışda “Neftçi İdman Klubu”nun pəhləvanları da qüvvələrini sınayıblar.

Klubun yetirmələri 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla çempionatın 6 medalına sahib olublar. Yarışda Ülvi Qənizadə (75 kq), Sakit Cəlilov (80 kq) və Elməddin Ramazanov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Bakı çempionatının qalibi adını qazanıblar. Yalnız final qarşılaşmasında məğlub olan Arif Niftullayev (98 kq) gümüş medala layiq görülüb. Elşad Məmmədov (59 kq) və Fikrət Vəliyev (75 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Xəbər 587 dəfə oxundu.