“Vest Hem”in yeni baş məşqçisi müəyyənləşib
“Vest Hem” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandanı mövsümün sonunadək Devid Moyes çalışdıracaq. Şotlandiyalı mütəxəssisin təyinatının sabah rəsmən elan ediləcəyi gözlənilir.

“Vest Hem”in uğursuz çıxışına görə klub rəhbərliyi baş məşqçi Slaven Biliçlə yolları ayırıb.

D.Moyes ötən mövsüm “Sanderlend”i çalışdırıb. O, 2013-2014-cü illərdə “Mançester Yunayted”də işləyib.

Xəbər 597 dəfə oxundu.