“Panionios” klubu məşqlərini Araz Abdullayevsiz davam etdirir

Superliqada növbəti oyununa hazırlaşan Yunanıstanın “Panionios” klubu məşqlərini Araz Abdullayevsiz davam etdirir. Azərbaycan milli komandasının 20 yaşlı yarımmüdafiəçisi zədə üzündən hazırlıqlardan kənar qalıb.

“Panionios” yeganə itkisi olan Arazın məsələsinə artıq bu gün aydınlıq gətirmək məqsədilə onu müayinəyə göndərib. Ayağının altından xəsarət alan Arazın qarşıdakı oyunda komandasına kömək edəcəyi inandırıcı görünmür.

Çünki müayinənin nəticələri yaxşı olsa belə, “Levadiakos”la oyun öncəsi məşqlərə qatılmamaq onun meydana çıxmaq şansını minimuma endirir.

Xəbər 907 dəfə oxundu.