Bakıda futbol üzrə payız və yaz birinciliyi start götürüb
Oktyabrın 29-da Bakı şəhər kənd və qəsəbələrin futbol üzrə gənclərin payız və yaz birinciliyi start götürüb.

Bakı şəhər Gənclər və İdman baş idarəsi, Bakı Kəndlər Futbol Federasiyası, AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda iştirak edir.

Gənclər siyasətinin məsələlərinin idman şöbəsinin rəhbərliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tərəfindən Bakının kənd və qəsəbələrində səmərəli vaxtların təşkilinə və futbolun inkişafına böyük dəstək olublar.

Yarışlarda klub komandalarında U-15, U-17, U-19 təvəllüdlülərin iştirakı tam şəkildə təmin olunur. İlk 2 tur keçirilib. Komandaların adları ve hesablarını təqdim edirik:

I tur: Qobustan Fk-Ələt Fk 0:0, Bayıl Rovers-Olimpik Şüvəlan 10:0, Mərdəkan bələdiyyəsi-Çermet 1:3, Slavyan-Mübariz 2:9, Şimal dres-Suraxanlı 1:1.

II tur: Mübariz -Bayıl Rovers 2:5, Qobustan-Mərdəkan bələdiyysi 4:3, Ələt FK -Olimpik 14:0, Suraxanlı -Slavyan 8:1, Çermet-Şimal Dres 1:2.

Birincilikdə A.A.Banişevskinin kubok turniri, yarışların yekununda super-kubok oyunu keçiriləcək.

Xəbər 744 dəfə oxundu.