Azərbaycanın həndbol hakimləri beynəlxalq yarışlara dəvət alıblar
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri beynəlxalq yarışlara dəvət alıblar.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, həmyerlilərimizdən İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda turnir çərçivəsində təşkil olunacaq “Astraxanoçka”–“Kuban” (hər ikisi Rusiya) qarşılaşmasında EHF-i təmsil edəcək. Noyabrın 11-də “Astraxan” arenasında oynanılacaq matçın hakimləri Bosniya və Herseqovinadan olan Aman Konjicanin və Dino Konjicanin olacaqlar.

Emil və Ernest Ağakişi qardaşları isə noyabrın 12-də qadın həndbolçular arasında “Çağırış Kuboku” uğrunda turnir çərçivəsində keçiriləcək “Maedilon/VZV” (Niderland) – “Rokasa Qran Kanaria ACE” (İspaniya) görüşünü idarə edəcəklər. “Alkmaar” arenasında baş tutacaq oyunda EHF nümayəndəsi lüksemburqlu Paul Nesser olacaq.

Xəbər 705 dəfə oxundu.