Burak Yılmaz «Sevilya» və «Atletiko»nun hədəfində
Türkiyə Superliqasında bu mövsüm göstərdiyi oyunla hər kəsin rəğbətini qazanan və vurduğu 31 qolla yalnız Türkiyədə deyil, Avropada da böyük əks-səda oyadan Burak Yılmaz, transfer dedi-qodularının da mərkəzindəki ad olmağa davam edir.
İdman.com.az saytı məlumat verir ki, ispan mətbuatı hücumçunun Yılmaz üçün Madrid «Atletiko»su və «Sevilya»nın ciddi cəhdlərinin olduğu mövzusunda müxtəlif xəbərlər qələmə almağa davam edərkən, transfer müddəti haqqında «Trabzonspor» cəbhəsindən bir şərh gəlib.

Burak Yılmaz üçün qara dənizlilərə rəsmi bir təklif gəlmədiyini dilə gətirən klub vitse-prezidenti Nevzat Şakar, qolçu futbolçunun önümüzdəki mövsüm də komandanın formasını geyinəcəyinə inandığını söyləyib. Foravardın müqaviləsində 5 milyon avroluq qarşılıq olduğunu bir daha təkrarlayan komanda rəsmisi, «Burak Yılmazın müqaviləsində «5 milyon avro gətirsə, gedər» maddəsi var. Amma bu ana qədər bizə bir təklif gəlmədi. Burakın da «Trabzonspor»u buraxıb Avropaya gedəcəyini düşünmürəm. Burak da daha əvvəlki təcrübələrindən böyük təcrübələr əldə etdi və qərarını da bunları göz önünə alaraq verəcək» deyib.

Qeyd edək ki, «Bordo-mavililər»in qolçu oyunçusu Burak Yılmaz, bu mövsüm liqada 13 komandaya qol vurmağı bacarıb. Onun klubun bu mövsüm əldə etdiyi 54 xalın 42-də öz qolları ilə imzası var. Qolçu oyunçu 19 matçda qol vurarkən, «Mersin İdmanyurdu», «Sivasspor», «Gənclərbirliyi» və «Fənərbağça»nın qapılarına yol tapa bilməyib.

Burak vurduğu qollarla yalnız Mario Qomes, Klaas Yan Huntelaar, Ueyn Runi, Zlatan Ibrahimovic kimi yaxşı bir mövsüm keçirən ulduz qolçulardan belə seçilməklə kifayətlənmədi. Avropanın bir çox komandalarından belə daha çox qol vurdu. Məsələn, İngiltərə Premyer Liqasında məyus bir mövsüm keçirən «Liverpul» bu mövsüm geridə qalan 30 turda 36 dəfə qol vurdu. Luis Suares (12 qol), Kreyq Bellami (8), Endi Karroll (6) və Dirk Küytdən (5) ibarət olan hücum xəttinin bazar dəyəri 57 milyon avro olan ingilis nəhəngində bu 4 oyunçunun mövsüm içərisində oynanan bütün matçlarda vurduğu qolların sayı 31-di. Necə ki, tək Burak Yılmazdakı qədər. Bu iki 31-in müəlliflərinin bazar dəyərində isə göründüyü kimi, 10 dəfədən də çox fərq var.

Xəbər 1009 dəfə oxundu.