Mingəçevirdə Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika zona yarışı keçirildi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təsdiq olunmuş “Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları”nın Mingəçevir zona turniri noyabrın 1-də Mingəçevir şəhərində nazirliklərin yerli idarələri tərəfindən təşkil edilib.

İdmanın nərd, dama, şahmat, stolüstü tennis və armresting (qol güləşi) növləri üzrə keçirilən zona yarışında əlilliyi olan şəxslər və sağlamlıq imkanı məhdud uşaqlar arasında təşkil edilib. Yarışda 9 şəhər və rayonlardan, ümumilikdə 60 idmançı iştirak edib.

Keçirilən hər beş idman növündən yer tutmuş qaliblərə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin və Əhalinin Sosial Müdafiəsi İdarəsinin Mingəçevir şəhər şöbəsinin diplomları təqdim edildi.

Xəbər 582 dəfə oxundu.