Adını dəyişən futbolçu kimdi?
«Barselona»dan ayrılmaq istəmədiyini söyləyən Lionel Messinin transferi fərziyyə mövzusu belə olmadığı halda, Fransadan gələn Messi transferi xəbəri hər kəsi çaşdırıb. İdman.com.az saytının məlumatına görə, II divizionunda mübarizə aparan «Ancers» klubu Lionel Messi adlı 16 yaşlı kamerunlu futbolçunu transfer etmək istədiyini açıqlayıb.

«Barselona»nın argentinalı ulduz ilə eyni ada sahib kamerunlunun 7-8 yaşındaykən adını Lionel Messi olaraq dəyişdirdiyi bildirilir.
«Ancers»in seleksiya işlərinin başında olan Aksel Labatinye fevralda Tuluzada bir turnirdə izlədiyi oyunçunun qabiliyyətini çox bəyəndiklərini və sınaq müddətində də gözə girən oyunçuya müqavilə təklif etdiklərini, gənc kamerunlunun təklif barədə düşündüyünü açıqlayıb.

Başqa təkliflər də olmasına baxmayaraq, «Ancers»in təklifini qəbul edəcəyini deyən kamerunlu Messi ən böyük xəyalinin argentinalı həmkarı ilə birlikdə oynamaq olduğunu söyləyib.

Xəbər 922 dəfə oxundu.