“Mançester Siti”nin hücumçusu klubun tarixinə düşüb
“Mançester Siti”nin hücumçusu Serxio Aquero klubun tarixinə düşüb.

Argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə qarşılaşmada bunu reallaşdırıb. Belə ki, “şəhərlilər”in səfərdə 4:2 hesabı ilə qalib gəldikləri görüşdə 3-cü qolun müəllifi olan Aquero bununla “Mançester Siti” tarixinin ən məhsuldar oyunçusu olub. Bütün turnirlərdə qollarının sayını 178-ə çatdıran 29 yaşlı oyunçu 1927-1940-cı illərdə bu klubun formasını geyinmiş Erik Bruka məxsus rekordu yeniləyib.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur.

Xəbər 550 dəfə oxundu.