Azərbaycan güləş üzrə dünya kubokunda təmsil olunacaq
Dekabrın 1-2-də Çuvaşiyanın paytaxtı Çeboksarıda sərbəst güləş üzrə qadınlar arasında dünya kuboku yarışları keçiriləcək.

8 çəki dərəcəsində yarışlarda Azərbaycan yığması da iştirak edəcək. Azərbaycanın qadın güləşçilərinin rəqibləri Yaponiya, Çin, ABŞ, Monqolustan, İsveç, Ukrayna və Rusiya komandaları olacaq.

Qadınlar arasında sərbəst güləş üzrə dünya kuboku 2001-ci ildən keçirilir. Bu yarışları Yaponiya digər ölkələrdən daha çox – 5 dəfə qəbul edib. 2007-ci ildə qadın güləşi üzrə ilin baş komanda turniri Krasnoyarskda, 2015-ci ildə isə Sankt-Peterburqda keçirilib. Fransa isə bu turnirə 3 dəfə - 2001-ci, 2005-ci və 2011-ci illərdə ev sahibliyi edib.

Xəbər 687 dəfə oxundu.