Şəhriyar qitə çempionatından ayrıldı
Plovdivdə davam edən kişilər arasında şahmat üzrə qitə çempionatının 9-cu turunda iki şahmatçımız öz oyunlarını erkən sülhlə başa vurub. İdman.com.az saytının verdiyi xəbərə görə, Şəhriyar Məmmədyarov ispan Rossel Alonso, Eltac Səfərli isə israilli Tal Baronla vaxtından əvvəl heç-heçəyə razılaşıblar. Qaydalara görə isə yarışda 40-cı gedişədək heç-heçəyə razılaşmaq olmaz.

Nəticədə hər iki şahmatçımız, eləcə də onların rəqibləri turdan «0» xalla ayrılıblar.
Şəhriyar Məmmədyarov bundan sonra onun üçün tam uğursuz yarışdan çıxması barədə ərizə yazaraq turniri tərk edib.
Növbəti qələbəsini qazanan Vasif Durarbəyli (bu dəfə rumıniyalı Mirça-Emilian Parliqras üzərində) xalını 6-ya çatdıraraq 32-ci pilləyə yüksəlib. Bu, Azərbaycan şahmatçıldar arasında ən yaxşı nəticədir. O, ümumiyyətlə, ilk 100-lükdə yeganə təmsilçımızdır.

Xəbər 1251 dəfə oxundu.