«Bavariya»dan məkrli təklif
Etdiyi transferlərlə etik davrandığı iddia edilən alman nəhəngi «Bavariya»nın sən demə, məkrli addımları da varmış. İdman.com.az saytı xəbər verir ki, Münhen klubunun keçmiş qanalı oyunçusu Samüel Küffur, 2002-ci ildə Afrika Millətlər Kubokuna getməməsi qarşılığında, alman komandasının ona 200 min sterlinq rüşvət təklif etdiyini açıqlayıb.

«Bavariya» rəhbərliyi klubun Bundesliqa və Avropa yarışında zərər görməsindən qorxduğuna görə, onu Afrika Millətlər Kubokuna göndərməmək qərarına gəlib. Bunun üçün bir neçə dəfə cəhd göstərdiyini deyən Küffur, hətta klub tərəfindən onun atasının vasitəçi kimi ortaya atıldığını deyib.

Qeyd edə ki, Samüel həmin il qara qitə yarışına gedib. Amma yeməkləri və komandanın vəsaitlərinin keyfiyyətsizliyini sərt bir şəkildə tənqid etdiyinə görə, baş məşqçi Fred Osam Duodu tərəfindən heyətdən qovulub.
1993-2005-ci illər arasında «Bavariya»nın formasını 175 dəfə geyinmiş qanalı futbolçu, 2001-ci ildə Çempionlar Liqasını qazanan komandanın təməl daşlarından biri olub.

Xəbər 1213 dəfə oxundu.