Yığma komandalarımız təsnifat mərhələsində bu gün ilk oyunlarını keçirəcəklər
2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq gənclər arasında Olimpiya Oyunlarının proqramına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandalar arasında turnir daxil edilib.

Müvafiq yaş qrupuna aid Azərbaycan yığmaları bu turnirin təsnifat mərhələsində bu gün ilk oyununa çıxacaqlar.

Oğlanlardan ibarət millimiz Slovakiya, qızlarımız isə İtaliya yığması ilə qarşılaşacaqlar.

Oğlanlardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Slovakiyada, qızların qrup oyunları isə Portuqaliyada keçiriləcək.




Xəbər 558 dəfə oxundu.