Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası Azərbaycan çempionatının qalibi olub
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Azərbaycan çempionatının final mərhələsində çıxış edən Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası Azərbaycan çempionu adını qazanıb.

Xaçmaz rayonunda keçirilən çempionatda muxtar respublikanı Naxçıvan Muxtar Respublikasının zona birinciliyinin qalibi olan Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası təmsil edib. Ümumilikdə, ölkənin 10 rayon və 6 şəhər komandasının mübarizə apardığı birincilik 5 gün davam edib.

Yarışda uğurla çıxış edən Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, 5 növ üzrə yarışların üçündə daha böyük uğura imza atıb. Belə ki, qumbara atmada Ayxan Seyidov (fərdi, 46 metr), güllə atmada Əlirza Mayıllı (fərdi, 42 bal) və 2000 metr məsafəyə qaçışda Sərdar Tağıyev (5 dəqiqə 53 saniyə) xüsusi olaraq “ən yaxşılar” üçün verilən diplom və kuboka layiq görülüblər.

Sonda 1128 xal toplayan komanda qalib adını qazanıb və təşkilatçılar tərəfindən diplom və kubokla təltif olunub.

Xəbər 776 dəfə oxundu.