«Anji» Torres üçün 40 milyon avro ödəməyə hazırdır
«Çelsi»nin ispan oyunçusu Fernando Torres üçün sürpriz bir iddia ortaya atıldı. İdman.com.az saytının xəbərinə görə, Quus Hiddinkin çalışdırdığı Mahaçqala «Anji»si Torres üçün 40 milyon avro ödəməyə hazırdır.
Dünyanın ən bahalı satınalma dəyərinə malik oyunçuları arasında olan 28 yaşlı futbolçu 2010-cu ilin yazında 58 milyon avro qarşılığında «Liverpul»dan «Çelsi»yə transfer olunub, ancaq ondan gözlənilənləri verə bilmir.

Londonluların yeni mövsüm üçün fikri «Portu»dan Halk və «Napoli»dən Kavanidə olduğu bir zamanda Torres üçün gələ biləcək təkliflərə üçün də açıq qapı buraxılır.
Dağıstan klubunun ağlasığmaz planları arasında Avropanın ulduz bir qolçusunu heyətə qatmaq var. Klubun idman direktor Roberto Karlos və baş məşqçi Quus Hiddinkin ən böyük ümidləri arasında Didye Droqba və Fernando Torres göstərilir.

Mövsüm sonunda London klubu ilə transfer əlaqələri qurmasına qəti baxılan «Anji»nin, buradan bir transfer edəcəyi yəqindir.
Rusiya Premyer-liqasının çempionluq qrupunda olan «Anji», 8 komanda arasında 6-cı yerdədir və qitəyə daha nüfuzlu şəkildə yol açmaq istəyən mahaçqalalılar heyətə dünya çaplı ulduzların gətirilməsinə israrlıdılar.

Xəbər 1292 dəfə oxundu.