U-19 UEFA Gənclər Liqası: “Qarabağ” komandası “Atletiko Madrid” klubuna qalib gəlib
Ağdamın “Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu oktyabrın 31-də Madridin “Atletiko” kollektivi ilə keçirib.

Dördüncü tur çərçivəsində keçirilən qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İsveçrəli baş hakim Stefan Klossnerin idarə etdiyi oyunda İspaniya təmsilçisinin qapısına yeganə qolu matçın ilk hissəsinin 45-ci dəqiqəsində Azərbaycan çempionunun heyətində Yaroslav Deda vurub. Bununla da “C” qrupunda yer alan “Qarabağ” burada ilk qələbəsini qazanıb. Belə ki, bu oyunadək “Qarabağ” səfərdə keçirdiyi ilk turda “Çelsi”yə 0:5, ev matçında “Roma”ya 0:3, “Atletiko”ya Bakıda 1:5 hesabı ilə məğlub olub.

Bu gün qrupda oynanılan digər görüşdə İngiltərənin “Çelsi” komandası səfərdə “Roma”nı (İtaliya) 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dörd turdan sonra “C” qrupunda doqquz xalla “Çelsi” komandası liderlik edir. “Roma” və “Atletiko” kollektivləri altı xalla ikinci və üçüncü yerləri bölüşürlər. “Qarabağ” isə üç xalla sonuncu pillədə qərarlaşıb.

Komandamız növbəti matçını noyabrın 22-də doğma meydanda İngiltərə təmsilçisinə qarşı keçirəcək.

Xəbər 547 dəfə oxundu.