Futbol üzrə Avstriya millisinin baş məşqçisi müəyyənləşib
Avstriya Futbol İttifaqı “Şturm” klubunun baş məşqçisi Franko Foda ilə müqavilə imzalayıb.

Avstriya yığmasına baş məşqçi təyin olunan Foda vəzifəsinin icrasına 2018-ci il yanvarın 1-dən başlayacaq. Ancaq Uruqvay millisinə qarşı noyabrın 14-də Vyanada keçiriləcək yoldaşlıq oyununa da komandanı Foda çıxaracaq.

Almaniyalı mütəxəssis ilə müqavilə 2019-cu il dekabrın 31-dək imzalanıb. Əgər Avstriya millisi “Avro-2020”yə vəsiqə qazanarsa, tərəflər arasında müqavilə yenilənəcək.

Əlli bir yaşlı baş məşqçi bu postda isveçrəli Marsel Kolleri əvəzləyib.

Xəbər 550 dəfə oxundu.