İsrail millisinin baş məşqçisi Elişa Levi istefaya göndərilib
Futbol üzrə İsrail millisinin baş məşqçisi Elişa Levi istefaya göndərilib.

Buna səbəb İsrail millisinin dünya çempionatına vəsiqə qazanmaması olub.

Baş məşqçi bildirib: “Mən əlimdən gələni etdim ki, komanda seçmə mərhələdə uğurla çıxış etsin. Bundan sonra da İsrail yığmasına azarkeşlik edəcəyəm. Ən əsası azarkeşlərə təşəkkür etmək istərdim. Çünki onlar öz komandalarını çox sevirlər. İsrail yığmasına kimin rəhbərlik edəcəyindən asılı olmayaraq komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, Levi iki il əvvəl baş məşqçi postunda Eli Qutmanı əvəzləyib. Dünya çempionatının seçmə mərhələsində 12 xal toplayan İsrail millisi qrupda dördüncü olub və “Rusiya-2018”ə vəsiqə qazana bilməyib.

Xəbər 510 dəfə oxundu.