Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turuna start veriləcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start veriləcək.

Turun birinci günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gələcəklər. “C” qrupunda yer alan “Atletiko Madrid” klubu doğma meydanda təmsilçimiz “Qarabağ”ı qəbul edəcək. Bu qrupun lideri “Çelsi” isə səfərdə “Roma”nın qonağı olacaq.

Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

“A” qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Benfika” (Portuqaliya)

“Bazel” (İsveçrə) - ÇSKA (Rusiya)

“B” qrupu

“Seltik” (Şotlandiya) - “Bavariya” (Almaniya)

PSJ (Fransa) - “Anderlext” (Belçika)

“C” qrupu”

“Atletiko Madrid” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

“Roma” (İtaliya) - “Çelsi” (İngiltərə)

“D” qrupu

“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) - “Barselona (İspaniya)

Xəbər 543 dəfə oxundu.