Prezident İlham Əliyev “İdman ili” ilə bağlı Tədbirlər Planını təsdiq edib
Martın 29-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
İdman.com.az AzərTAc-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycanın Gənclər və İdman Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və Sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılmışdır.

Xəbər 3505 dəfə oxundu.