Azərbaycan triatlonçusu Koreya Respublikasında gümüş medal qazanıb
Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Koreya Respublikasının Tongyong şəhərində təşkil olunan sprint üzrə dünya kuboku yarışlarında gümüş medal qazanıb.

750 metrlik su məsafəsini idmançımız 8 dəqiqə 36 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 5 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15 dəqiqə 7 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 52 dəqiqə 2 saniyə vaxt göstəricisi ilə turnirin gümüş medalına sahib olub.

Qeyd edək ki, cari mövsümdə R.Pevtsov üçüncü dəfə dünya kuboku yarışlarında fərqlənib. Bələ ki, triatlonçumuz Çinin Çenqdu şəhərində keçirilən dünya kubokunda gümüş, Honq-Konqda isə qızıl medal qazanıb.

Xəbər 983 dəfə oxundu.