Qax bələdiyyəsinin kuboku uğrunda futbol turnirində 12 komanda mübarizə aparıb | |
Qax şəhər stadionunda bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub. Oktyabrın əvvəlində start götürən turnirdə 12 komanda mübarizə aparıb. Oktyabrın 28-də keçirilən final oyununda Çüdüllü və Marsan kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən Çüdüllü kəndinin komandası yarışın qalibi olub. Turaclı kənd bələdiyyəsinin komandası üçüncü yeri tutub. Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb. |
|
Xəbər 535 dəfə oxundu. |
|
|