“Keşlə” futbol klubu baş məşqçisi ilə yollarını ayırıb
“Keşlə” futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.

Görüşdə komandanın fəaliyyəti müzakirə olunub, həmçinin Z.Svanadze və R.Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilib.

Klub rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər 575 dəfə oxundu.