Həndbol üzrə Azərbaycan çempionatının favoritləri növbəti qələbələrini qazanıblar | |
Oktyabrın 28-də həndbol üzrə ölkə birinciliyində növbəti oyunlar keçirilib. Hər üç oyunda favoritlər qələbə qazanıblar. Qadınlar arasında yarışlarda "Azəryol" klubu "İdman Akademiyası"nı 37:12, "Azərsu" komandası "Gənclər Birliyi"ni 39:19 hesabı ilə məğlub edib. Kişilərin turnirində isə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təmsilçiləri ilə qarşılaşan "Bakı" həndbolçuları 36:17 hesabı ilə qalib gəliblər. AZƏRTAC |
|
Xəbər 906 dəfə oxundu. |
|
|