Dünya çempionatında 2 karateçimiz medal qazanıb
Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycanın milli komandasının üzvləri İspaniyada keçirilən dünya çempionatında mübarizə aparırlar.

Yarışın üçüncü günündə gənclərdən ibarət seçmə komandaların üzvləri Fidan Teymurova (48 kq) və Hümmət Baxşəliyev (61 kq) gümüş medallar qazanıblar.

Finalda F.Teymurova misirli Reem Salamaya, H.Baxşəliyev isə qazaxıstanlı Yerkinbek Batureyevə məğlub olaraq ikinci olublar.

Tenerifedə oktyabrın 28-dək davam edəcək yarışda daha 2 idmançımız qüvvəsini sınayacaq.

Hazırda komandamız 109 ölkənin iştirak etdiyi yarışda 10-11-ci yerləri bölüşür.

Üç yarış gününün nəticələrinə əsasən 21 ölkə idmançısı medal qazanıb.

AZƏRTAC

Xəbər 1175 dəfə oxundu.