Abdullah Ovcu: Dünya çempionatına birinci yerdə getmək istəyirik
Türkiyə millisinin baş məşqçisi Abdullah Ovcu ölkəsinin yığmasının 1996-cı ildən bəri Avropa və Dünya çempionanatlarına həmişə play-offlardan yol aldığını söyləyərək, «Bu dəfə qrup birincisi olaraq getməyi hədəfləyirik» deyib. İdman.com.az saytının məlumatına görə, Qaradəniz Texniki Universitetində təşkil edilən görüşdə şagirdlərin suallarını cavablandıran mütəxəssis, bunları dilə gətirib:

«İspaniya və Almaniyanın olmadığı bir qrupdayıq. Bu komandaların arxasından da bizim qrupdakı Niderland gəlir. Yeni bir həyəcan və oyunçu seçimi ilə orada götürəcəyimiz yaxşı bir nəticə yüzdə 50-60 faiz bizim yolumuzu açacaq deyə düşünürəm. Son 2 turnirdə olmamışıq. Bu dəfə 2014-cü ildə dünya çempionatına düşməmizin lazım olduğunu düşünürəm».

Xəbər 1152 dəfə oxundu.