Məsud Özil Maurinyonun təklifini rədd edib
Madrid «Real»ının türk əslli ulduzu Məsud Özil baş məşqçi Joze Maurinyonun onu hələ «İnter»i çalışdırarkən istədiyini, ancaq təklifi rədd etiyini açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, Almaniyanın «Sport Bild»ə danışan türk əslli futbolçu, 2009-cu ildə edilən təklif barədə bunları deyib:

«Avropanın bir çox klubundan təklif almışdım. Bunların içində «İnter» də vardı. Ancaq «Real»a gəlməklə bağlı verdiyim ən doğru qərar idi. Dünyanın ən yaxşı klubundayam və karyeramı burada başa vurmaq istəyirəm».

Messi və «Barselona» haqqında da danışan 23 yaşlı futbolçu, «Messinin Leverkuzen «Bayer»i qarşısında necə oynadığını görüncə, təsirlənirsiniz. Qətiliklə mükəmməl bir oyunçudur. Eynilə digər barselonalı oyunçular kimi. Ancaq biz komanda halında irəliləyirik. Liqa cədvəlinə baxınca da, lider olduğumuz görünür» - deyə danışıb.

Xəbər 1109 dəfə oxundu.