Terim daha 2 il «Qalatasaray»da
Mövsümün əvvəlində «Qalatasaray»ın sükanına keçən Fateh Terimin klubla müqaviləsini təzələdiyi iddia edilir. İdman.com.az saytı Liqa TV-yə istinadən xəbər verir ki, «Qalatasaray» baş məşqçi ilə anlaşmanı daha 2 il uzadıb.

«İmperator»un «sarı-qırmızılar» la öncəki müqaviləsi may ayında sona çatacaqdı. Klubun başçısı Ünal Aysalın, bir müddətdi ki, təcrübəli mütəxəssislə yeni saziş imzalamaq istədiyi bilinərkən, Fateh Terim, hər fürsətdə, «Qalatasaray»la əbədi bir könül bağının olduğunu deyirdi.

Xəbər 928 dəfə oxundu.