Bakıda pençak-silat idmanı üzrə hakimlik seminarı keçirilir
“Sərhədçi” İdman Olimpiya Mərkəzində pençak-silat idmanı üzrə hakimlik seminarı keçirilir.

Pençak-silat üzrə beynəlxalq texniki nümayəndə - sinqapurlu Abdul Raziz Muhammed Hussein tərəfindən keçirilən seminarda Azərbaycan, Türkiyə, Rusiya və Ukraynadan ümumilikdə 18 nəfər iştirak edir.

Seminara oktyabrın 26-da yekun vurulacaq. Sonda imtahandan uğurla keçən idmançılara hakimlik sertifikatları təqdim olunacaq.

Xəbər 1023 dəfə oxundu.