Azərbaycan Beynəlxalq Dağçılıq Federasiyasının İranda keçirilən Baş Assambleyasında təmsil olunub
İranın Şiraz şəhərində Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) növbəti Baş Assambleyası keçirilib.

Baş Assambleyada ölkəmizi federasiyanın prezidenti Firdovsi Əliyev təmsil edib.

Tədbirdə Baş Assambleyanın gündəliyinə daxil olan məsələlərlə əlaqədar müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. Baş Assambleya çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.

AZƏRTAC

Xəbər 491 dəfə oxundu.