Azərbaycanın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası noyabrın 19-dan 26-dək Türkiyədə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

“2017 Mersedes Benz Aegean Cup İnternational Youth Tournament” adlı yarışda yığmamız Türkiyə, Kosovo və Albaniya komandaları ilə birgə “A” qrupunda mübarizə aparacaq.

Xəbər 587 dəfə oxundu.