Ağır atletika üzrə dördüncü seçmə mərhələ yarışları keçiriləcək
Oktyabrın 28-də Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələsinə start veriləcək.

Yarışın keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Oktyabrın 28-də Xırdalanda keçiriləcək yarışda Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizəyə qoşulacaqlar. Noyabrın 1-2-də Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 4-5-də isə isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar.

Zona turnirində 1999-2007-ci il və daha böyük təvəllüdlü idmançılar müvafiq yaş qruplarında mübarizə aparacaqlar və qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.

Xəbər 1140 dəfə oxundu.