Döyüş növləri üzrə dünya çempionatı başlayacaq
Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində döyüş növləri üzrə dünya çempionatı başlayacaq.

Azərbaycan Uşu-sanda Federasiyasından bildirilib ki, yarışda ölkəmizi 48 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında uşu-sanda üzrə ikiqat Azərbaycan çempionu Fətəli İsmayılov təmsil edəcək.

Təmsilçimiz uşu-sanda üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi üçqat Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminovun rəhbərliyi altında yarışa qatılacaq.

Qeyd edək ki, çempionata oktyabrın 29-da yekun vurulacaq.

Xəbər 1280 dəfə oxundu.