Gənclər arasında sambo üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində gənclər arasında sambo üzrə açıq paytaxt birinciliyi keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, yarışda 107 idmançı birincilik uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Nicat Məmmədov (48 kq), Nicat Xankişiyev (52 kq), Ziya Əliyev (62 kq), Şirzad Sayadzadə (68 kq), Hikmət Əkbərov (74 kq), Əli Nəzərli (82 kq), Hüseynəli İskəndərov (90 kq), Elvin Abbasov (100 kq) və Bayram Əhmədov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1433 dəfə oxundu.