Dünya çempionatına biletin ən ucuzu 25, ən bahası 900 dollara olacaq

Braziliya Milli Konqresinin deputatlar palatası 2014-cü ilin futbol üzrə dünya çempionatının keçirilməsi barədə qanun qəbul etmişdir.

Xarici KİV-lərin yaydığı xəbərə görə, sənəddə çempionatın təşkilinin əsas hüquqi norma və qaydaları ifadə edilir. Məsələn, adi biletlər 50 dollara, lyuks biletlər 900 dollara, tələbələr, pensiyaçılar və aztəminatlılar üçün biletlər isə 25 dollara satılacaq. Bu güzəştlər əcnəbilərə aid deyil.

Deputatlar 2014-cü il çempionatı haqqında qanuna əlavələr də ediblər. FİFA-nın tələbi ilə alkoqollu içkilərin satışı qadağan edilib. Qanun təsdiq edilməsi üçün Braziliya parlamentinin Senatına göndəriləcək.

AzərTAc

Xəbər 960 dəfə oxundu.