Azərbaycan triatlonçusu açıq Asiya kubokunun qalibi olub
Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Honq-Konqda təşkil olunan sprint üzrə açıq Asiya kuboku yarışlarında qızıl medal qazanıb.

İdmançımız 750 metrlik su məsafəsini 9 dəqiqə 33 saniyəyə başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 29 dəqiqə 14 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15 dəqiqə 9 saniyə nəticə ilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə 39 saniyə vaxt göstəricisi ilə birinci yerə layiq görülüb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 4 dəqiqə 29 saniyəlik nəticə ilə dördüncü olub.

Xatırladaq ki, carı mövsümdə Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunun qalibi olub, Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb. Eyni zamanda Çinin Çenqdu şəhərində keçirilən dünya kubokunda gümüş medala sahib olub. Avropa kuboklarının ümumi hesabında isə Rostislav gümüş medal qazanıb.

Xəbər 1128 dəfə oxundu.