Yeniyetmələr arasında uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatıb
Şağan Olimpiya İdman Mərkəzində uşu-sanda üzrə yeniyetmələr arasında Bakı birinciliyinə yekun vurulub.

Yarış Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Uşu Federasiyası tərəfindən keçirilib.

Birincilikdə 2002-2010-cu il təvəllüdlü yeniyetmələr müvafiq yaş qruplarında 29 çəki dərəcəsində mübarizə aparıblar.

Yarışda 20-dən artıq idman klubundan 150 idmançı iştirak edib.

Qalib idmançılara Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

Xəbər 1293 dəfə oxundu.