“Reyncers”in hücumçu: “Azərbaycan yığması isə asan yem olmayacaq”
“Yalnız ona ümid edirəm ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsi başlayan vaxt insanlar hər şeyə real gözlə baxacaq və bizdən möcüzə tələb etməyəcək”. İdman.com.az saytının məlumatına görə, bu sözü Şimali İrlandiya milli komandasının futbolçusu Devid Hili deyib. Şotlandiyanın “Reyncers” klubunda çıxış edən hücumçu sentyabrda start götürəcək DÇ-2014-ün Avropa zonası üzrə seçmə mərhələsi haqda fikirlərini açıqlayıb:

“Qrupumuzda Portuqaliya və Rusiya kimi 2 möhtəşəm komanda var. Elə zirvə uğrunda mübarizəni də onlar öz aralarında aparacaq. Sonra gələn İsrail də layiqli komandadır. Azərbaycan yığması isə asan yem olmayacaq, əksinə, bizim üçün əsl sınaq olacaq. Amma bu, o rəqibdir ki, mən onu səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Azərbaycan və Şimali İrlandiya yığmaları arasında ilk oyun bu ilin noyabrın 14-də Belfastda keçiriləcək.

Xəbər 1042 dəfə oxundu.