Rabah Macer yenidən Əlcəzair yığmasına baş məşqçi təyin olunub | |
Rabah Macer futbol üzrə Əlcəzair yığmasına baş məşqçi təyin olunub. 59 yaşlı mütəxəssis milli komandanı üçüncü dəfədir çalışdırır. Belə ki, Rabah Macer 1993-cü ildən 1995-ci ilədək və 2001-ci ildən 2002-ci ilədək Əlcəzair millisinin baş məşqçisi olub. Qeyd edək ki, Macer bu vəzifədə ispaniyalı Lukas Alkarası əvəzləyib. Əlcəzair millisi dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün ispaniyalı baş məşqçi komandadan uzaqlaşdırılıb. |
|
Xəbər 572 dəfə oxundu. |
|
|