Hüseyn İsmayılov Avropa çempionatında bürünc medal qazandı
Oktyabrın 15-22-də Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Hüseyn İsmayılov yaşı 20-yə qədər olan kişilərin 94 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub. Atletimiz uğurlu çıxışla yadda qalıb.

Hüseyn birdən qaldırma hərəkətində 158 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

18 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub.

Hüseyn İsmayılov toplam 346 kq (158+188) nəticə ilə Avropa çempionatının yekun sıralamasında 3-cü yeri tutub.

Xəbər 1296 dəfə oxundu.