Taekvondoçular dünya çempionatına yola düşür
Ölkəmizin gənc taekvondoçulardan ibarət seçmə komandası Misirin Şarm Əl Şeyx şəhərində IX dünya çempionatına yola düşür. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Gündüz Abdullayev və koreyalı mütəxəssis Sun Mi Park heyətə Məcid Sofiyev (45 kq), Elmar Bədəlli (48 kq), Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Pərvin Əliyev (59 kq), Nicat Əliyev (63 kq), Şamxal Əbilov (68 kq), Vladislav Subbotin (73 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq), Zümrüd Məlikova (42 kq), Nərminə Məmmədova (44 kq), Təranə Məmmədova (46 kq) və Fəridə Əzizovanı (67 kq) daxil ediblər.

Bu mötəbər yarışda Azərbaycanı həmçinin beynəlxalq dərəcəli hakimlər Oh Kvanq Çeol (Orxan) və Elşən Quliyev də təmsil edəcəklər. Martın 30-da səfərə yollanan komandamız vətənə aprelin 10-da dönəcək. Turnirdən öncə isə Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin iclası keçiriləcək.

Qeyd edək ki, böyüklərdən ibarət və olimpiya seçmə komandaları növbəti təlim-məşq toplanışı ərəfəsindədir. Belə ki, 30-dək taekvondoçu aprelin əvvəlindən sonunadək Qəbələdəki “Qafqaz Sport Hotel”də hazırlıq prosesində iştirak edəcək. Qarşıdakı təlim-məşqlər mayın əvvəlində İngiltərənin Mançester şəhərində Avropa çempionatına hazırlığın son mərhələsidir.

Xəbər 1547 dəfə oxundu.