“Real Sosyedad” Avropa Liqasının tarixində ən böyük hesablı səfər qələbəsi qazanıb
“Real Sosyedad” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Vardar”ı böyük hesabla məğlub edib.

6:0 hesabı ilə başa çatan oyun turnirin tarixində ən böyük hesablı səfər qələbəsi olub.

Həmçinin bu hesab top fərqinə görə də, turnirin rekordunu yeniləyib. Əvvəllər üç klub 6 top fərqli hesabla meydandan qalib ayrılıb. Belə ki, ötən mövsüm “Lion” komandası “AZ Alkmar”a 7:1 hesabı ilə qalib gəlib. 2015-2016-cı il mövsümündə “Valensiya” klubu “Rapid”i 6:0 hesabı ilə məğlub edib. 2014-2015-ci il mövsümündə isə “Styaua” “Olborq”dan üstün olub – 6:0.

Xəbər 877 dəfə oxundu.