“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
UEFA futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra klubların yeni reytinq cədvəlini açıqlayıb.

Üçüncü turun oyunları çərçivəsində Bakı Olimpiya Stadionunda “Atletiko Madrid” ilə matçda heç-heçə edən “Qarabağ” mövqeyini yaxşılaşdırıb. Belə ki, hesabında 23,275 xal olan “Qarabağ” 78-ci pilləyə yüksəlib.

Azərbaycanın digər klublarına gəlincə, “Qəbələ” 157-ci, “Neftçi” 189-cu, “İnter” isə 216-cı pillədə qərarlaşıblar.

Xəbər 784 dəfə oxundu.